Karvan-Soltan Hacıbəyli by Lamiya published on 2020-10-14T19:58:08Z Karvan - Soltan Hacıbəyovun 1945-ci ildə bəstələdiyi simfonik lövhə. 1940-cı illərin ortasında bəstəkar Tükmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə "Kəminə və Qazı" operasını yazır. Lakin, opera başa çatdırılmamış qalır. Bu əsər üçün yazılımış musiqi parçaları içərisində Orta Asiya mənzərələrinin obrazlarını təsvir edən orkestr lövhəsi var idi. 1945-ci ildə S.Hacıbəyov onun əsasında "Karvan" simfonik lövhəsini yaratmışdır. 1952-ci ildə bəstəkar "Karvan"ın yeni redaksiyasını işləmişdir və hazırda həmin redaksiyada ifa olunur. 1955-ci ildə son variant Niyazinin dirijorluğu ilə lentə alınır. O zamandan "Karvan"ın dünya səyahəti başlayır. Əsər "Şur" muğamının "Hicaz" şöbəsi üstdə bəstələnmişdir. Ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə, rəngarəng musiqi vasitələrilə zəngindir. https://az.wikipedia.org/wiki/Karvan_(simfonik_l%C3%B6vh%C9%99) Genre Classical