Dövlət Uşaq Filarmoniyası Azərbaycan Dövlət Uşaq Filarmoniyası Baku Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 291 saylı qərarı ilə yaradılmışdır. Mədəniyyət Nazirliyinin 18 oktyabr 1991-ci il tarixli 361 saylı əmrilə rəsmiləşdirilmişdir. Filarmoniya Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Filarmoniya yerli mədəniyyət orqanları,musiqi məktəbləri,yaradıcılıq ittifaqları və başqa ictimai təşkilatlara sıx əlaqədə fəaliyyət göstərir. Azərbaycan Dövlət Uşaq Filarmoniyasına hal-hazırda Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Dilarə Əliyeva rəhbərlik edir.